Posts

Giriş

Giriş

Hər vaxtınız xeyir.! Məqsəd? Bu blogu açmaqda məqsədim, əldə elədiyim təcrübəni həmvətənlərimlə bölüşməkdir.  Bəs mövzu nədir? Mövzu? Çox sadə, kiçik bir müddətdir ki, Almaniyaya köçmüşəm. Bura gəlmə, iş tapmaq, ev kirəsi və s. bütün qarşılaşdığım çətinliklər barədə təcrübəmi bölüşmək. Burda olan və ya gəlmək istəyən və ya heç gəlmək istəməyən üçün maraqlı olacağını sanıram. Nə zaman? Çalışacam tez tez mətnləri yeniləyim, artırım. Bir qədər məlumat əldə etdikdən sonra inşaAllah sosial şəbəkələrdə paylaşacam.

Ailəlilər üçün viza

Bu gün Almaniyada yaşayan soydaşlarımın ailələrinə qovuşmaq, yəni onlara viza almaq haqqında bacardığım qədər ətraflı yazmağa çalışacam. Blau kart sahibi olan və ya digərləri ailəsini Almaniyaya necə gətirə bilər sualına qismən, yəni öz praktikamdan cavab verməyə çalışacam. Bildiyim qədərilə əgər BaluKart sahibisizsə onda sizin həyat yoldaşınızdan Alman dili sertifikatı tələb olunmur, əks halda tələb olunur. İşə necə başlamalı? İlk öncə daha doğrusu aylar öncə "Milli viza" yer götürün. (bu barədə ətraflı məlumata öncəki məqaləmizdə tapa bilərsiz.). MÜTLƏQ və MÜTLƏQ hər ailə üzvünə ayrıca yer götürülməlidir!! Əks halda məsələn övladınız müraciət edə bilməyəcək hətta 1aylıq körpə olsa belə! Adətən bu gün yer axtarsaz növbəti 60-80 gün ərzində yer tapa biləcəksiz. Tələb? Lazım olan formaları buradan   əsas da " Nigahın bağlanması və həyat yoldaşın yanına köçmə zamanı viza almaq üçün məlumat " formasını yükləyin. Həmin linkdə nümunə forması da vardır. Bu fo

Təyyarə bileti

Azərbaycan - Almaniya Çox adam bu sadə mövzuda əziyyət çəkir, bu səbəbdən Almaniya Bakı uçuşları barədə bildiklərimi paylaşmaq istərdim. Yəgin ki oxucularımızın çoxu büdcəli (ucuz) uçuş bileti əldə etmək istəyənlərdir. Nəyə diqqət etməli? Azərbaycandan Almaniyaya birbaşa cəmi iki şəhərə uçuş var Berlin və Frankfurt. Bilənlər təsdiqləsin, hər aeroportun eniş və uçuş xidmət tarifləri olduğundan bütün hallarda Frankfurta uçuş baha başa gəlir. Həmçinin Frankfurt qeydiyyatlı lowcost (ucuz qiymətli) aiva şirkət tanımıram, bu tip uçuşlar adətən başqa aeroportlardan istifadə edirlər. Bileti necə seçməli? Çox adam burada xəta edir, və ya lüksa qaçır. Ucuz bilet istəyirsizsə, həftəsonu deyil həftə içi günlərə, və gecə reyslərinə üzünüzü tutun. Transfer biletləri uçan şirkətlərdən asılı olaraq dəyişir. Məsələn Frankfurt Bakı reysi həmişə Frankfurt-Berlin-Bakı reysindən baha olur. Baxmayaraq ki arasında 1400km fərq yaranır, yenə də.. Niyə? Çünki Frankfurt-Bakı Lufhansa ilə uçulur. Digər

Göy Kart

Göy kart Əsl adı Blau Kart dır...Adı sizə tnaış gəlir? yəgin ki, çünki ABŞ da GreenCard sözü hamınıza tnaışdır, bunu da ona oxşadıblar 😋. Lakin Sizin təsəvvür etdiyiniz GreenCard dan xeyli fərqlidir. Öncə ona görə ki, GreenCard lotoreyadır (kimə gəldi verilir), BlauKart isə yalnız filan şərtlər daxilində verilir. Nə şərtləri var? 2012ci ildən Almaniyada tətbiq olunur, şərtlər sadədir (üzdə): Təhsilli olmalısan və işin olmalıdır (əmək müqaviləsi). Təhsilli kimdir? Təhsilli Almaniyanın KMK adlı orqanının tanıdığı diplom yiyəsi ali təhsilli sayılır. Bu barədə ayrıca məqaləmiz də var. İş yiyəsi kimdir? Əmək müqavilə (Arbeitsvertrag) olmalı, müddətsiz (yəni 1 illik olmmalı), illik "gross" maaş ~50000 dən yuxarı olmalıdır. Əgər işçi xüsusi ixtisas sahibidirsə (bunlar  scientists, mathematicians, architects, planning officers, town planners, traffic managers, designers, engineers, engineer scientists, doctors (not including dentists), as well as academic skilled workers

Tanınmayan diplomun təsdiqi

Bu dəfə tanınmayan diplomların təsdiqindən yazacam. Bu nə deməkdir? İş axtarma vizası barədə yazarkən müraciət edənin (bundan sonra applikant) diplomunun tanınması, daha doğrusu Almaniyanın tanınmış diplomlar siyahısında tapılması barədə söz açmışdım. İndi isə bu barədə daha ətraflı.. Almaniya höküməti diplom və orada yazılmış ixtisas mövzusuna daha həssas yanaşır. Belə ki, Almaniyada aviasiya sahəsində oxuyub bitirmiş birisi İT sahəsində çalışa bilməz, daha dəqiq desək ona viza verməzlər. ANABIN Anabin dediyimiz bir məlumat bazasıdır. Almaniyanın KULTUSMINISTER KONFERENZ  adlı qurumu, bizim dillə desək Təhsil Nazirliyi tanıdığı ali təhsil müəssisələrini və onların ixtisas və fakültələrini bir bazaya yığıb və bütün qurumlar sənin diplomunda yazılanları oradakı məlumat ilə qarşılaşdırır. http://anabin.kmk.org buradan öz diplomunuzu (əgər siyahıd varsa) tapa bilərsiz. Məsələn Tətbiqi Riyaziyyat elə bu şəkildə (həmçinin rusca) siyahıda yazılıb. Başıma gələnlər

Iş axtarma vizası

Qısa  Job seeker (İş axtaran) viza növü bir çox ölkədə mövcuddur, həmçinin Almaniyada da. Bu visa imkan verir ki, xarici vətəndaş Almaniya ərazisində 6 ay ərzində iş axtarsın, əgər taparsa buna uyğun viza qazansın, əks halda geriyə qayıtsın. Necə? Almaniyanın Bakıdakı səfirliyi (daha doğrusu konsulluğu) baku.diplo.de səhifəsində ətraflı məlumat  var, lakin çalışacam bu mövzuda bildiklərimi paylaşım. İlk öncə onu deyim ki, bu vizanı almaq üçün "Milli viza" (bu kateqoriyaya daxildir) üçün növbə götürməlisiz. Adətən bu bölməyə növbə götürərkən təxminən 3 ay sonraya boş yer tapmaq olur. Səbəbi yəgin ki müraciətlərin çoxluğudur, çünki çox növ vizalar bu kateqoriyanın altındadır. Səhifənin bu bölməsində  Milli Viza seçərək əvvəlcə yaxşı oxuyandan sonra "Burada vaxt təyin edilir" linkinə keçərək, tələb olunan məlumatları doldurub NÖVBƏ əldə edə bilərsiz. Tələb olunan sənədlər Ümumiyyətlə bütün formalar saytın bu bölməsində tapa bilərsiz. Sənədləri növbəniz çatan

Niyə köçmək?

Niyə köçmək?  Bu suala cavab yazmaq çətindir, qəribə də səslənsə, bu məqalədə bu suala cavab axtaranlar burada cavab tapacağını düşünmürəm. Yaxşı, bəs niyə belə sualla başlamısan desəniz! Cavab : "niyyətinizi bəlli edin!" dir. Qarşıdakı proseslərə hazır olun. Bu o deməkdir ki, bura gəlib yağ bal içində yaşayacağınız yer deyil. ALLAHın təyin etdiyi ruzi artacaqsa istənilən ölkədə artacaq (Ateistlər inciməyin 😊, bu faktdır). Burda varlanmaq şansı Azərbaycanda varlanmaq şansından daha azdır deyə bilərəm.. səbəbi? 😉 gələrsiz görərsiz.. Hər kəsin öz ölkəsində problemləri olduğu kimi burada da çoxlu problemlərlə üzləşəcəksiz! Buna əmin olun! Hətta "heyif deyil Azərbaycanda filan filan məsələlər rahat idi!!!" sözünü dəfələrlə təkrarlayacaqsız. Müqaisə olaraq Almaniya sosial durumda ən yaxşılardan biridir, bəlkə də ikinci və ya üçüncüdür. Lakin, həqiqətən də ölkədə probleminiz BÖYÜK deyilsə küyə düşüb ölkənizi dəyişməyin,  100 ölçüb biçin! sonra qərar verin!