Niyə köçmək?



Niyə köçmək? 
Bu suala cavab yazmaq çətindir, qəribə də səslənsə, bu məqalədə bu suala cavab axtaranlar burada cavab tapacağını düşünmürəm. Yaxşı, bəs niyə belə sualla başlamısan desəniz! Cavab: "niyyətinizi bəlli edin!" dir. Qarşıdakı proseslərə hazır olun.

Bu o deməkdir ki, bura gəlib yağ bal içində yaşayacağınız yer deyil. ALLAHın təyin etdiyi ruzi artacaqsa istənilən ölkədə artacaq (Ateistlər inciməyin 😊, bu faktdır). Burda varlanmaq şansı Azərbaycanda varlanmaq şansından daha azdır deyə bilərəm.. səbəbi? 😉 gələrsiz görərsiz..
Hər kəsin öz ölkəsində problemləri olduğu kimi burada da çoxlu problemlərlə üzləşəcəksiz! Buna əmin olun!
Hətta "heyif deyil Azərbaycanda filan filan məsələlər rahat idi!!!" sözünü dəfələrlə təkrarlayacaqsız. Müqaisə olaraq Almaniya sosial durumda ən yaxşılardan biridir, bəlkə də ikinci və ya üçüncüdür.
Lakin, həqiqətən də ölkədə probleminiz BÖYÜK deyilsə küyə düşüb ölkənizi dəyişməyin, 100 ölçüb biçin! sonra qərar verin!
O ki qaldı köçmək deyil gəzməyə gələnlərə... kef edin yaxşı seçim etmisiz.


Avropada korrupsiya?
Bəli, Siz burada korrupsiya da görəcəksiz (gözünüzlə yox, xəbərlərdə), görəcəksiz ki, məmur alman var qonşunuzdur, necə də varlıdır... Məs. Bank filialı müdiri var idi, 3 mərətəbəli binanın üstündə 4cü mərtəbəni artırmışdı. İcazəni necə alıb? pulu hardan tapıb? doğrusunu Allah bilir, Azərbaycan variantlarını bildiyimiz üçün şübhələri artırır. Lakin bildiyiniz rüşvət yoxdur, gül hədiyyə alanı işdən çıxardırlar hətta!
PS. Rüşvət təklif edəni də həbs cazəsı gözləyir.


Status?
Bu ölkəyə hansı statusla yəni hansı viza ilə gəlməyiniz çox önəmlidir. Mənim qarşılaşdığı odur ki, qaçqınlar çox əziyyət çəkirlər, misalları növbəti məqalələrdə özünüz hiss edəcəksiz. Gizli deyil ki, mən işçi statusu ilə gəlmişəm. İlk öncə "iş axtarma" (job seeker) vizası ilə ölkədən çıxdım, sonra burda yaşayıb iş tapdım və Blau Kart (Mavi kart) adlı visa ilə oturum izni aldım. Əgər bir kəs 23 ay işləyərsə (vergi verərsə) və dil şərtini ödəyərsə daimi oturum izni ala bilər. Mən qaçqın və ya tələbə kimi gəlmədiyimdən o işlərdə heç bir təcrübəyə malik deyiləm.
Yenə deyirəm, qarşılaşdığım bütün problemləri hamısına toxunaraq hissə hissə yazmağa çalışacam.

Darıxacammı?
Bu sual da aktual sualdır, çoxları hələ bilmir ki darıxacaq ya yox. Ən son ailəsindən hərbi xidmət keçərkən uzaq olanlar xüsusən də, elə bilirlər ki, gəlib çox darıxacaqlar... Məncə insan o zaman darıxar ki, cari olan vəziyyəti keçmişdən pis olsun. Açığı deyim problemlərin sayı o qədər çoxdur ki darıxmaq yada düşmür. Düzdür yaxınlarıma xüsusən də valideynlərimə darıxıram, lakin hər yerdə özünə bir yoldaş, "kruq" (yalnız subaylar) cütünü tapacaq. 
Xüsusən də video zəng olduğu dövrdə insanlara darıxmaqo qədər də böyük problem deyil.

Bu məqalədə yazacağım hələlik bu qədər. Növbəti, "job seeker vizasını necə almaq olar" mövzusundadır.

Comments

  1. Zəhmət olmasa mənə Whatsapp-a yaza bilərsiz? +994 55 819 22 97. Bezi məqamları soruşmaq isterdim

    ReplyDelete
    Replies
    1. Whatsappla unsiyyet cetin... sualinizi yazin bilsem burda cavablandiraram

      Delete

Post a Comment