Posts

Showing posts from October, 2017

Təyyarə bileti

Azərbaycan - Almaniya Çox adam bu sadə mövzuda əziyyət çəkir, bu səbəbdən Almaniya Bakı uçuşları barədə bildiklərimi paylaşmaq istərdim. Yəgin ki oxucularımızın çoxu büdcəli (ucuz) uçuş bileti əldə etmək istəyənlərdir. Nəyə diqqət etməli? Azərbaycandan Almaniyaya birbaşa cəmi iki şəhərə uçuş var Berlin və Frankfurt. Bilənlər təsdiqləsin, hər aeroportun eniş və uçuş xidmət tarifləri olduğundan bütün hallarda Frankfurta uçuş baha başa gəlir. Həmçinin Frankfurt qeydiyyatlı lowcost (ucuz qiymətli) aiva şirkət tanımıram, bu tip uçuşlar adətən başqa aeroportlardan istifadə edirlər. Bileti necə seçməli? Çox adam burada xəta edir, və ya lüksa qaçır. Ucuz bilet istəyirsizsə, həftəsonu deyil həftə içi günlərə, və gecə reyslərinə üzünüzü tutun. Transfer biletləri uçan şirkətlərdən asılı olaraq dəyişir. Məsələn Frankfurt Bakı reysi həmişə Frankfurt-Berlin-Bakı reysindən baha olur. Baxmayaraq ki arasında 1400km fərq yaranır, yenə də.. Niyə? Çünki Frankfurt-Bakı Lufhansa ilə uçulur. Digər