Göy Kart


Göy kart
Əsl adı Blau Kart dır...Adı sizə tnaış gəlir? yəgin ki, çünki ABŞ da GreenCard sözü hamınıza tnaışdır, bunu da ona oxşadıblar 😋. Lakin Sizin təsəvvür etdiyiniz GreenCard dan xeyli fərqlidir. Öncə ona görə ki, GreenCard lotoreyadır (kimə gəldi verilir), BlauKart isə yalnız filan şərtlər daxilində verilir.

Nə şərtləri var?
2012ci ildən Almaniyada tətbiq olunur, şərtlər sadədir (üzdə): Təhsilli olmalısan və işin olmalıdır (əmək müqaviləsi).

Təhsilli kimdir?
Təhsilli Almaniyanın KMK adlı orqanının tanıdığı diplom yiyəsi ali təhsilli sayılır. Bu barədə ayrıca məqaləmiz də var.

İş yiyəsi kimdir?
Əmək müqavilə (Arbeitsvertrag) olmalı, müddətsiz (yəni 1 illik olmmalı), illik "gross" maaş ~50000 dən yuxarı olmalıdır. Əgər işçi xüsusi ixtisas sahibidirsə (bunlar scientists, mathematicians, architects, planning officers, town planners, traffic managers, designers, engineers, engineer scientists, doctors (not including dentists), as well as academic skilled workers in information and communication technology.), bu halda maaş limiti 49 deyil ~39000 euro dan yuxarı olması vacibdir. Təbii ki, proses boyunca işçinin müqaviləsi və ona iş verən şirkət yoxlanılır, lakin bu proseslərdən mən xəbərsizəm.

Hara müraciət etməli?
Almaniyada yaşayan hər bir əcnəbinin sevmədiyi yer - Auslanderbehörde. Adı sizə uzun gəlməsin, əcnəbilərlə işlər idarəsi anlamına gəlir. Bu quruma sadəcə sənədləri təqdim edərək, qısa bir zamanda Blau Kart almaq mümkündür.

Kart?
Bəli kiçik plastik kartdır (göy deyil qırmızıdır 😒) Viza seçimi sizin əlinizdədir, 2012-ci ildən etibarən (səhv etmirəmsə) bildiyimiz viza həm kart və ya yapışqan (passporta nakleyka) şəklində təqdim edilə bilər üstündə aufenthaltstitel yazılır (bluekart deyil). Qeyd edim ki, kart, yapışqandan 30 eur bahadır, və 6 həftə ərzində gəlir, yapışqan (nakleyka) viza isə elə həmin dəqiqə passportuna yapışdırırlır. Çox qəribə səslənsədə kart passportdan kənar demək olar ki, lazım deyil. Məsələn məndə kartdır, xaricə getsəm kartı da passportu da üstümdə gəzdirməli olacam, yox əgər Almaniya daxili hansısa sənədlərim üzrə iş görürəmsə kart yetərlidir (çox hallarda deyil).

Müddət?Bu viza (Blau Kart) maksimum 4 illik verilir. Bəzən 3 illik də verirlər. Hər halda 24 ay vergi ödəyərək Almaniyada çalışan birisi daimi yaşayış izni alır, yəni 3cü və 4cü ilə heç ehtiyyac qalmır.
Lakin onu bilirəm ki, 6 həftədən çox ölkəni tərk edilsə təklif qüvvədən düşür. Bildiyim qədər Blau Kart sahibi avropanın istənilən ölkəsində çalışma izni var, lakin məlumatı dəqiqləşdirə bilməmişəm (hərə bir söz deyir).

Yekun olaraq onu deyim ki, iş müqaviləsi olan şəxsə yaşıl işıqdır demək hələ tezdir... Tanıdıqlarım var ki, nəyinki Blau Kart, başqa işçi vizası ala bilmir, hökümət ona viza verə bilmir deyə hər 6 aydan bir vizanı məcbur olub yeniləyir, özünü sudan çıxarır 😀. Bəli Almaniyada hələ də qanunlara dəyişikliyə ehtiyyac var.

Bəs ailə?
Digər vizaları bilmirəm lakin BlauKart sahibi kimi ailəmi rahat gətirə bilmişəm. Bunun üçün ailə Bakıdan müraciət etməli, onlar da yaşadığın (mənim) ərazi üzrə orqana Auslanderbehorde yə məktub yazırlar. Aradakı prosesləri bilmirəm lakin sonda Auslanderbehorde viza sahibinə boş formalarla müraciət edir. Bu formalar: 1 iş yerindən 2tibbi sığorta şirkətindən 3Kirayəçi tərəfindən doldurulub imzalanmalıdır. Bu formaları götürüb Auslanderbehorde yə aparırsan, əməkdaş oradakı göstəricilərə əsasən rəy göndərir Bakıya (hə ya da yox). Məsələnin ciddi tərəfi, maaşın yetərli olmalıdır (ailə üzvlərin sayına baxılır), kirə qaldığın evin otaq sayı və sahəsi çox önəmlidir. Səh etmirəmsə hərəyə bir otaq və hər otaq 15kvm aşaqı olmamalıdır. Əks halda ailənizi gətirə bilməyəcəksiz.

Yekun
Yekun olaraq onu deyə bilərəm ki, Almaniyada bu prosesləri keçincə sarsılırsan. Əslində bu məqalədə alınası sənədlər haqqında məlumat azıdr. Yavaş yavaş daha çox məlumat yazmağa çalışacam.

Comments

  1. Salam Anlamadim. Ile 40000-50000 kim qazanir Azerbaycnada? Cetin birweydi

    ReplyDelete
    Replies
    1. Salam, Azerbaycanda deyil, Almaniyada ish teklif edenin teklif etdiyi illik gross maashdan gedir sohbet!

      Delete

Post a Comment