Posts

Showing posts from August, 2017

Iş axtarma vizası

Qısa  Job seeker (İş axtaran) viza növü bir çox ölkədə mövcuddur, həmçinin Almaniyada da. Bu visa imkan verir ki, xarici vətəndaş Almaniya ərazisində 6 ay ərzində iş axtarsın, əgər taparsa buna uyğun viza qazansın, əks halda geriyə qayıtsın. Necə? Almaniyanın Bakıdakı səfirliyi (daha doğrusu konsulluğu) baku.diplo.de səhifəsində ətraflı məlumat  var, lakin çalışacam bu mövzuda bildiklərimi paylaşım. İlk öncə onu deyim ki, bu vizanı almaq üçün "Milli viza" (bu kateqoriyaya daxildir) üçün növbə götürməlisiz. Adətən bu bölməyə növbə götürərkən təxminən 3 ay sonraya boş yer tapmaq olur. Səbəbi yəgin ki müraciətlərin çoxluğudur, çünki çox növ vizalar bu kateqoriyanın altındadır. Səhifənin bu bölməsində  Milli Viza seçərək əvvəlcə yaxşı oxuyandan sonra "Burada vaxt təyin edilir" linkinə keçərək, tələb olunan məlumatları doldurub NÖVBƏ əldə edə bilərsiz. Tələb olunan sənədlər Ümumiyyətlə bütün formalar saytın bu bölməsində tapa bilərsiz. Sənədləri növbəniz çatan

Niyə köçmək?

Niyə köçmək?  Bu suala cavab yazmaq çətindir, qəribə də səslənsə, bu məqalədə bu suala cavab axtaranlar burada cavab tapacağını düşünmürəm. Yaxşı, bəs niyə belə sualla başlamısan desəniz! Cavab : "niyyətinizi bəlli edin!" dir. Qarşıdakı proseslərə hazır olun. Bu o deməkdir ki, bura gəlib yağ bal içində yaşayacağınız yer deyil. ALLAHın təyin etdiyi ruzi artacaqsa istənilən ölkədə artacaq (Ateistlər inciməyin 😊, bu faktdır). Burda varlanmaq şansı Azərbaycanda varlanmaq şansından daha azdır deyə bilərəm.. səbəbi? 😉 gələrsiz görərsiz.. Hər kəsin öz ölkəsində problemləri olduğu kimi burada da çoxlu problemlərlə üzləşəcəksiz! Buna əmin olun! Hətta "heyif deyil Azərbaycanda filan filan məsələlər rahat idi!!!" sözünü dəfələrlə təkrarlayacaqsız. Müqaisə olaraq Almaniya sosial durumda ən yaxşılardan biridir, bəlkə də ikinci və ya üçüncüdür. Lakin, həqiqətən də ölkədə probleminiz BÖYÜK deyilsə küyə düşüb ölkənizi dəyişməyin,  100 ölçüb biçin! sonra qərar verin!