Təyyarə bileti


Azərbaycan - Almaniya

Çox adam bu sadə mövzuda əziyyət çəkir, bu səbəbdən Almaniya Bakı uçuşları barədə bildiklərimi paylaşmaq istərdim. Yəgin ki oxucularımızın çoxu büdcəli (ucuz) uçuş bileti əldə etmək istəyənlərdir.

Nəyə diqqət etməli?

Azərbaycandan Almaniyaya birbaşa cəmi iki şəhərə uçuş var Berlin və Frankfurt. Bilənlər təsdiqləsin, hər aeroportun eniş və uçuş xidmət tarifləri olduğundan bütün hallarda Frankfurta uçuş baha başa gəlir. Həmçinin Frankfurt qeydiyyatlı lowcost (ucuz qiymətli) aiva şirkət tanımıram, bu tip uçuşlar adətən başqa aeroportlardan istifadə edirlər.

Bileti necə seçməli?

Çox adam burada xəta edir, və ya lüksa qaçır. Ucuz bilet istəyirsizsə, həftəsonu deyil həftə içi günlərə, və gecə reyslərinə üzünüzü tutun. Transfer biletləri uçan şirkətlərdən asılı olaraq dəyişir. Məsələn Frankfurt Bakı reysi həmişə Frankfurt-Berlin-Bakı reysindən baha olur. Baxmayaraq ki arasında 1400km fərq yaranır, yenə də.. Niyə? Çünki Frankfurt-Bakı Lufhansa ilə uçulur. Digərində isə Frankfurt-Berlin AirBerlin (çox ucuz biletləri olur bunların) Berlin- Bakı isə çox hörmətli AZAL ilə həyata keçir və nəticədə 70eur fərqlə daha ucuiz başa gəlir.
Yəgin ki, Niyə belə olur?! sualı hələ də qalır. Səbəb, Lufthansanın Aşkabatdan (Türkmənistan) qalxan təyyarəsi Bakıda dayanacağa (adam doldurma səbəbəilə) enir, və Bakıdan minənləri Frankfurta aparır.. nə olsunki soruşsaz, cavab Çox adam bu iki şəhərdən Frankfurta deyil, daha başqa yerə məsələn İrlandiya, Amerika qitəsi, Şotlandiya, İslandiya və s. şəhərlərə uçuşu məhz bu reysin üzərindən edir. Çünki Bakıdan o ölkələrə heç bir birbaşa reys yoxdur, ola da bilməz (uzaqdır).

Ən ucuz ucuş bileti?
Ən ucuz bunlardır
Bakı - Budapest - Almaniya (istədiyiniz şəhərə avtobusla qatarla gələ bilərsiz)
Bakı - Kiyev- Berlin
Bakı - İstanbul - Almaniya (bəzən sərfəli olur)
Və ən şah əsər Kutaisi - Berlin (Schönefeld). Deyirəm bir az bu barədə yazım...
Həə, qəpiyə güllə atanlar. (çoxumuz ilk olaraq belə gəlirik).  İlk öncə WizzAir dən Kutaisi - Berlin uçuş bileti alın, bilet çox ucuzdur, cəmi 39eur, ucuz olsun deyə təbii ki, baqaj apara bilməzsiz, oturacaq seçimi edə bilməzsiz, online-checkin edin ki aeroportda artıq 9 eur xərcləməyəsiniz. təyyarədə oturacaqlar idarə olunmuş (heç dala da getmir, dim dik oturursuz 😋) yalnız əl çantası iznlidir (onun da ölçüləri və çəkisi limitlidir). Airportda dəmir qutu var əgər çantanız o çərçivəyə girmirsə o çanta əl çantası sayılmır. Bileti alarkən bir iki məsələyə diqqət yetirin, mütləq bilet alarkən Tibilisi-Kutaisi avtobus bileti əldə edin, bu avto reyslər WizzAir tərəfindən təşkil olunur, əgər yadımda düz qalıbsa 10-15 eur qiyməti var idi. Bilet alarkən bu avtobus reysinin məkanı və saatı barədə ətraflı məktubu əlavə olaraq email alacaqsız. Tibilisidə çox asan yerdədir, şəhərin mərkəzində balaca park var, yarım saat öncədən orda olun, avtobuslara hücum çəkməyə ehtiyyac yoxdur, bir deyil bir neçə dəfə reys edilir. Qar da olsa boran da olsa, gedilir. Xatırladığım qədər gecə 11də yola düşür, təyyarə də sübh 4də  havaya qalxır. Bir sözlə bütün əşyalarınızı bir rukzaka yığıb, yollanırsız Qazax-a. məsləhətdir ki səhər tezdən deyil elə saat 11də Bakıdan çıxsaz kifayətdir, Qazaxda sərhəddi keçib Mikroavtobuslarla (taksiyə xərc çəkməyin vaxtınız boldur) cəmi 10 lariyə Tibilisiə şəhərin mərkəzinə 2-3 saata çatacaqsız. (Balakəndən getmək məsləhət deyil, uzaq düşür.), Bir çay cörək saat 11ə az qalıbsa yollanın o parka, avtobusa minin, və haydı.. Bilirəm yata bilməyəcəksiz, ucuz olduğuna görə avtobus o qədər narahatdır ki gəl görəsən. Avtobus düz aeroporta sürür. Aeroport çox kiçikdir deyə bu barədə heç nə yazmıram... Gözəl səyahət!!

Berlinə düşərkən nəqliyyat kartı almağı unutmayın, bizdəki kimi avtobusa pul vermək yoxdur. Nəqliyyat barədə ayrıca yazım olacaq.

Daxili Nəqliyyat


FlixBUS
Bu şirkəti tanıyın.. Çox ucuz avtobus reysləri olur, hər yerə gedirlər. Rahatdır, avtobusda tualet də olur. Məs. Berlin- Frankfurt 7 saat 30eur dur. Mütləq bilin ki, bizdəki kimi Kürdəmirdə yarım saat saxlayıb camaata yeməyə vaxt ayırmaq yoxdur, belə ki, özünüzlə yeyəcək götürün

Bahn
Baha olduğuna görə qatarla getməyə üstünlük vermirəm. Gərək bileti 2 ay öncədən alasan bəlkə bilet ucuz düşdü.. Səbəb odur ki rayonlar arası qatarın modeli İCE dir ki bu  da 240 km/s sürətilə uçur 😒. Lakin qeyd edim ki, Schönes Wockendende (Gözəl həftəsonu) adlı bilet ilə Almaniyanın istənilən məkanına yalnız həftəsonu 1 gün ərzində istənilən qədər qatara minə bilərsiz. Qiyməti 1 nəfər üçün 40euro, üstəlik hər adama 4eurodur. Məsələn 4 nəfər ilə 200km yolu bir gün içində get gələ 52 euro xərciniz çıxacaq (uşaqlar pulsuzdur). LAKİN! İCE-ə minməmək şərti ilə! Onlar bu biletə daxil deyillər. Yalnız, U-Bahn, S-Bahn, RE, RB, REGİO və s.

Kirayə avtomobil
Bu mövzu çox geniş mövzu olduğundan qısaca deyəcəm, bu xidmət bahalıdır, maddi cəhətdən sərf eləmir. Lakin geniş məlumatı http://check24.de dən müqaisə edə bilərsiz.

Share CAR?
Bu barədə ayrıca məqalə yazacam.

Comments

Post a Comment