Ailəlilər üçün viza


Bu gün Almaniyada yaşayan soydaşlarımın ailələrinə qovuşmaq, yəni onlara viza almaq haqqında bacardığım qədər ətraflı yazmağa çalışacam.
Blau kart sahibi olan və ya digərləri ailəsini Almaniyaya necə gətirə bilər sualına qismən, yəni öz praktikamdan cavab verməyə çalışacam.

Bildiyim qədərilə əgər BaluKart sahibisizsə onda sizin həyat yoldaşınızdan Alman dili sertifikatı tələb olunmur, əks halda tələb olunur.

İşə necə başlamalı?

İlk öncə daha doğrusu aylar öncə "Milli viza" yer götürün. (bu barədə ətraflı məlumata öncəki məqaləmizdə tapa bilərsiz.).
MÜTLƏQ MÜTLƏQ hər ailə üzvünə ayrıca yer götürülməlidir!! Əks halda məsələn övladınız müraciət edə bilməyəcək hətta 1aylıq körpə olsa belə!
Adətən bu gün yer axtarsaz növbəti 60-80 gün ərzində yer tapa biləcəksiz.

Tələb?
Lazım olan formaları buradan  əsas da "Nigahın bağlanması və həyat yoldaşın yanına köçmə zamanı viza almaq üçün məlumat" formasını yükləyin. Həmin linkdə nümunə forması da vardır. Bu formalar hər ailə üzvü üçün ayrıca (vizası olmayan şəxslər) doldurulmalı, (uşaq olan halında anasının imzası kifayətdir) və şəkil yapışdırılmalıdır. Hər bir şəxsə görə tələb olunan sənədlər:

  • Ərizə forması (yuxarıda qeyd olunub)
  • Xarici passportu və şəxsiyyət vəsiqəsi (tərcümə ehtiyyac yoxdur) əsli + 2 ədəd surəti
  • AFR 54cü bəndinə uyğun bəyanat (həmin linkdə var)
  • Sığorta (hər nəfərə ayrıca) 90 gün müddətli şengen tipli səfər sığortası kifayətdir.
  • Rüsum (nəğd şəkildə təqdim edilməlidir) 75 avro. Qeyd edim ki, pul xırdalamaq imkanı yoxdur.
  • Nigah şəhadətnaməsi (tərcümə təsdiq və apostl edilməsi məsləhətdir.)
  • Həyat yoldaşı həmçinin uşaqların doğum şəhadətnaməsi (tərcümə təsdiq və apostl edilməsi məsləhətdir)
  • Almaniyada yaşayan (sizin) tərəfindən gondərilmiş qeyri formal dəvətnamə (alman
  • dilində) + 2 ədəd surəti. Dəvətnamədə aşağıdakılar qeyd olunmalıdır:
    • - Almaniyada yaşayan yoldaşın yaşadığı unvan
    • - Azərbaycanda yaşayan həyat yoldaşının şəxsiyyətinə dair dəqiq məlumatlar
  • Almaniyada yaşayan həyat yoldaşının passportu və vizasının kopyası (email/çap mümkündür)
  • Dil sertifikatı (yuxarıda məlumat yazılıb)

VACİB: Mütləq vaxtından tez konsulluqda olmağınız tələb olunur, gecikmə halı cərimə ilə nəticələnəck. Cərimə 3 ay viza müraciətindən uzaqlaşdırılmaqdır.

İcra 
Sizin ailəniz vizaya müraciət etdiyi gün, konsulluq sənədləri Almaniyaya - ailə hansı şəhərdə yaşayırsa, oranın auslanderbehörde orqanına göndərilir.
Onlar sənədlər üzərindən araşdırma aparılır, məsələn almaniyaya gəlib sonra evlənənlərin araşdırılması çox çəkir, əlavə sənədlər də tələb edə bilərlər. Lakin məninm praktikamda bu çox qısa müddət keçdi ki, 3-4 gün ərzində evə məktub gəldi.

Məktubda nələr var?
Məktubda 1 məktub və 3 doldurmalı olduğum forma var idi. Məktubda yazlır ki, bu formaları doldurub auslanderbehorde-ə "termin" siz yəni növbədənkənar idarəyə gətirin. Bu formanın
1. Ev yiyəsi tərəfindən evin otaq sayı, qeydiyyatda olan şəxslər, sahəsi və s. doldurulmalı, möhür və ya imzalanmalıdır.
Burada qeyd edim ki, AFR qanunlarına görə əgər ailə 2 valideyn + 1 uşaqdırsa mütləq otaq sayı 2 və ya daha çox, həmçinin sahəsi hər nəfərə 15kvm dan çox olmağı şərtdir. 2 uşaq olarsa otaq sayı 3 və ya çox, sahəsi 69kvm dan çox olması şərtdir. Əks halda viza almaq şansınız yoxdur.
 2. Şirkət tərəfindən doldurulub imzalanmalı forma. Bu formada nə zamandan bəri işləyir, nə qədər maaş alır və s. kimi məlumatlar doldurulub imzalanmalıdır.
Burada da bir qeydi nəzərinizə çatdırım ki, hökümətin bəlli rəqəmləri var, maaşdan ev kirayə haqqı və adam başı filan qədər məbləğ yetərli olmalıdır, əks halda ailə üzvlərinizə viza veirlməyəcək.

3. Sığorta şirkəti tərəfindən. Bu formada ailənin sığortalanmasına dair forma doldurulub imzalanır.
Mən TK-dan sığortalanmışdım, heç bir çətinliklə üzləşməmişəm.
Bu formaları götürüb gedirsiz auslanderbehörde-ə adı keçən əməkdaşın otağına (növbə gözləmədən) əməkdaş ola bilər sizə nəisə bir sual versin (ailə üzvlərinizlə əlaqəli) və ya əsaslı şəkildə imtina edə də bilər (məsələn eviniz kiçikdir və ya maaşınız çatmır). Razılıq varsa, elə həmin günü Bakıya məktub yazaraq razılığını bildirəcək və sizin ailə üzvlərinizi sabahki günü konsulluğa çağırıb 3 aylıq viza vuracaqlar.. Sonra bilet alıb ailənizə qovuşun! 😎

Məsləhət bölməsi

  • Milli vizaya müraciət etməzdən öncə, kirayə tutacaqınız ev məsələsini diqqətdən keçirin, əgər ev kiçikdirsə və ya otaq sayı azdırsa birinci ev işi ilə məşqul olun, onu tapıb müqaviləsini imzalayın. Məsələn, ev tapırsız, lakin 4 ay sonra evə girəcəyiniz barədə müqaviləniz varsa kifayətdir.
  • Maaşınız azdır desələr nəzərə alın ki (daha doğrusu onların yadına salın ki) siz kindergeld yəni uşaq pulu 192 avro daha artıq gəliriniz də var.
  • Əgər BlauKart sahibi deyilsizsə, yəni həyat yoldaşınız dil sertifikatı təqdim etməlidirsə, bütün bu proseslərdən əvvəl dil sertifikatı məsələsini həll edin.
  • Yeni evlənənlər səbrli olun, sizin işiniz çox çəkə bilər. Ola bilər sizin sosial mediada evli olub olmmamanızı araşdırılır. (şəxsi fikrimdir)
  • Ailəniz viza alıb 3 ay ərzində Almaniyaya daxil olmalı və auslanderbehörde -ə müraciət etməlidir. Nəticədə sizin hansı müddətə verilibsə onlara da o qədər müddətə viza veriləcək.
  • Viza iki növdür kart və ya yapışdırılma, kart nakleykadan baha olduğuna görə heç məsləhət görülmür, xüsusən də uşaqlara heç lazım olmur o kart.
Yaza bildiklərin bura qədər.!
Növbəti məqalədə ailə Almaniyaya gəldikdən öncə və sonra görəcəyiniz işlər barədə yazmğa çalışacam.

Uğurlar!
Ailənizə qovuşmaq ümidi ilə!



Comments