Posts

Showing posts from September, 2017

Göy Kart

Göy kart Əsl adı Blau Kart dır...Adı sizə tnaış gəlir? yəgin ki, çünki ABŞ da GreenCard sözü hamınıza tnaışdır, bunu da ona oxşadıblar 😋. Lakin Sizin təsəvvür etdiyiniz GreenCard dan xeyli fərqlidir. Öncə ona görə ki, GreenCard lotoreyadır (kimə gəldi verilir), BlauKart isə yalnız filan şərtlər daxilində verilir. Nə şərtləri var? 2012ci ildən Almaniyada tətbiq olunur, şərtlər sadədir (üzdə): Təhsilli olmalısan və işin olmalıdır (əmək müqaviləsi). Təhsilli kimdir? Təhsilli Almaniyanın KMK adlı orqanının tanıdığı diplom yiyəsi ali təhsilli sayılır. Bu barədə ayrıca məqaləmiz də var. İş yiyəsi kimdir? Əmək müqavilə (Arbeitsvertrag) olmalı, müddətsiz (yəni 1 illik olmmalı), illik "gross" maaş ~50000 dən yuxarı olmalıdır. Əgər işçi xüsusi ixtisas sahibidirsə (bunlar  scientists, mathematicians, architects, planning officers, town planners, traffic managers, designers, engineers, engineer scientists, doctors (not including dentists), as well as academic skilled workers

Tanınmayan diplomun təsdiqi

Bu dəfə tanınmayan diplomların təsdiqindən yazacam. Bu nə deməkdir? İş axtarma vizası barədə yazarkən müraciət edənin (bundan sonra applikant) diplomunun tanınması, daha doğrusu Almaniyanın tanınmış diplomlar siyahısında tapılması barədə söz açmışdım. İndi isə bu barədə daha ətraflı.. Almaniya höküməti diplom və orada yazılmış ixtisas mövzusuna daha həssas yanaşır. Belə ki, Almaniyada aviasiya sahəsində oxuyub bitirmiş birisi İT sahəsində çalışa bilməz, daha dəqiq desək ona viza verməzlər. ANABIN Anabin dediyimiz bir məlumat bazasıdır. Almaniyanın KULTUSMINISTER KONFERENZ  adlı qurumu, bizim dillə desək Təhsil Nazirliyi tanıdığı ali təhsil müəssisələrini və onların ixtisas və fakültələrini bir bazaya yığıb və bütün qurumlar sənin diplomunda yazılanları oradakı məlumat ilə qarşılaşdırır. http://anabin.kmk.org buradan öz diplomunuzu (əgər siyahıd varsa) tapa bilərsiz. Məsələn Tətbiqi Riyaziyyat elə bu şəkildə (həmçinin rusca) siyahıda yazılıb. Başıma gələnlər