Iş axtarma vizası


Qısa 
Job seeker (İş axtaran) viza növü bir çox ölkədə mövcuddur, həmçinin Almaniyada da. Bu visa imkan verir ki, xarici vətəndaş Almaniya ərazisində 6 ay ərzində iş axtarsın, əgər taparsa buna uyğun viza qazansın, əks halda geriyə qayıtsın.

Necə?
Almaniyanın Bakıdakı səfirliyi (daha doğrusu konsulluğu) baku.diplo.de səhifəsində ətraflı məlumat  var, lakin çalışacam bu mövzuda bildiklərimi paylaşım. İlk öncə onu deyim ki, bu vizanı almaq üçün "Milli viza" (bu kateqoriyaya daxildir) üçün növbə götürməlisiz. Adətən bu bölməyə növbə götürərkən təxminən 3 ay sonraya boş yer tapmaq olur. Səbəbi yəgin ki müraciətlərin çoxluğudur, çünki çox növ vizalar bu kateqoriyanın altındadır.
Səhifənin bu bölməsində  Milli Viza seçərək əvvəlcə yaxşı oxuyandan sonra "Burada vaxt təyin edilir" linkinə keçərək, tələb olunan məlumatları doldurub NÖVBƏ əldə edə bilərsiz.

Tələb olunan sənədlər
Ümumiyyətlə bütün formalar saytın bu bölməsində tapa bilərsiz. Sənədləri növbəniz çatanda səfirliyə gedib orada pəncərədə təqdim edəcəksiz. Deməli, konkret olarq sizə (şərhlər qırmızı ilə) lazım olan sənədlər:


  1. Xarici pasport, (xarici pasportun şəkil olan səhifəsi və əvvəlki Şengen vizaları, möhürlərin və qeydləri olan səhifələrin 2 ədəd surəti). Bitmə vaxtına az qalıbsa yer götürmədən öncə yeniləyin, əks halda sizə viza kiçik müddətli veriləcək.
  1. Şəxsiyyət vəsiqəsi (əsli + 2 ədəd surəti) Tərcüməyə ehtiyyac yoxdur.
  1. 2 ədəd alman dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış ərizə forması. Bu linkdə formalar var, izahı (nümunə burada) da var
  1. 2 ədəd biometrik pasport şəkli (3,5x4,5; 6 aydan köhnə olmamalı) ərizə formasının üzərinə yapışdırılmalıdır. Fotoqrafa deyin "şengen", yetər
  1. Yaşamaq haqqında qanunun 54-ci §-na muvafiq olaraq viza rəsmiləşdirilməsi prosesində yalnış məlumata dair 2 ədəd imzalanmış yazılı bəyanət
  1. CV (Əsli+ 2 ədəd surəti). (Azərbaycanca yetərlidir)
  1. Diplom (alman dilinə tərcümə və notariusda təstiq olunmalıdır) (Əsli+ 2 ədəd surəti) Bu mövzuya aşağıda toxunulacaq.
  1. İş yeri axtarmaq planına dair məlumatların qeyd olunduğu motivasiya məktubu (2 nüsxə). Almanca bilən dostlarınza xahiş edin, Almaniyaya niyə köçmək istədiyiniz barədə qısaca yazsın. Və ya mənə email yazın mən öz məktubumu göndərim.
  1. İş yeri axtarmaq üçün hazırlıqlarınıza dair əlavə təstiqlər, məs. iş yerinə müraciətləriniz, yazışmalar və s.(2 ədəd )
  1. Həkimlər/diş həkimləri üçün: Dil biliklərini təstiq edən sertifikat (ən azı B2 səviyyəsində olan). Səfirlik tərəfindən bu dil mərkəzlərindən verilən sertifikatlar qəbul olunur: GoetheInstitut, telc, ÖSD və ya TestDaF. (2 ədəd ) 
  1. Almaniyada qalmaq xərclərinizin maaliyyələşməsini sübut edən sənəd. (Oriqinal + 2 ədəd surəti) Bu aşağıdakı kimidir: - Bankdan arayış hər ay 720,- Avro (2 ədəd surəti) yaxud - Almaniyada yaşamaq haqqında qanunun 66-68 §§-da qeyd olunmuş öhdəlik haqqında formal bəyanatın əsli (6 aydan köhnə olmamaqla) (Verpflichtungserklärung) (Almaniyada xaricilərlə iş üzrə idarədə “Ausländerbehörde” əldə olunur) (əsli + 2 ədəd surəti),  Burası sadədir, İstənilən Azərbaycan bankına minimum 4320 avro pul qoyun (bir az artıq edin.) Rəsmi bank arayışı alın. "Şengen üçün" desəz bank işçiləri biləcək.
  1. Almaniyada nəzərdə tutulan qalma yeri haqqında təstiq (2 ədəd surəti). Almaniyada dostunuz varsa onun adından Almanca yazılmış məktub, onun passport əsas səh.nin və mövcud vizasının, meldebescheinigung yani bizim dildə desək "propiska" vərəqinin (Əsli lazım deyil) təqdim etməlisiz. Əgər dostunuz yoxdursa, hostel tapıb onlardan sənəd ala bilərsiz, lakin mən o variantdan məlumatsızam.
  1. 6 ay müddətinə tibbi sığorta haqqında sənəd. Mən online qeydiyyatı olan sistemlərə üstünlük verdim. məs. xalq sığorta, heç hara getmədən qeydiyyatdan keçib sənədi dərhal əldə edirsən. Orda şengen seçərsiz. və müddəti də getmək istədiyiniz tarixdən (formada yazacaqsız, bax onu) etibarən yazın, əks halda sizə sığortanı yenilətdirəcəklər.
  1. 60 Avro viza rüsumu, sənədləri verilmə zamani avro ile nağd ödənilir. Orda çıxarıb 100 avro verib xırdam yoxdur deməyin :) konkret 60
x


Diplom
Həəə bu başqa bir problemdir. Əgər sizin institut və fakultə diplomda yazıldığı kimi bunların ANABİN adlı sistemində varsa, çox gözəl 3 günə viza alacaqsız, əgər yoxdursa 3-6 aya viza alacaqsız. Səbəbi tutarlıdır, sənədlər ya Bonn şəhərinə göndərilir, və orada proses rəsmən 3 ay çəkir. lakin bu barədə gələcəkdə ayrıca məqaləm olacaq.

Görüş günü
Konsulluq İSR plazada arxa girişdədir.
Nə badə gecikəsiz!!! Yəgin ki Almanların dəqiq millət olduğundan xəbərdarsız. Növbəniz (sizə email ilə təsdiqi gələcək) olan tarixdə min 20 dəq öncə gəlin ki, gecikmə ehtimalınız olmasın. Əgər geciksəz, gəlməmiş kimi qeydə alacaqlar və siz rəsmi olaraq uzun müddət növbəti növbə götürmək imkanından uzaqlaşdırılacaqsız, həl başınıza daha nələr gələcək Allah bilir, belə ki, əgər nəsə vacib iş çıxsa, gedə bilməsəz ən geci 3 gün öncə email yazıb və ya zəng edib bildirin, narahat olmayın onlar buna xoş baxırlar çünki, təcili viza alan (xəstəsi olan) və boş növbə axtaran çoxdur, səfirlik əməkdaşları o boş yerləri onlara verir.
Həyəcanlanmağa ehtiyyac yoxdur, siz çox sorğu suala tutmayacaqlar. Sadəcə bu suallar:
- Alman dili bilirsizmi  Cavab hə va ya öyrənirəm* kursa gedirəm və s.
- Sahənizə aid danışdıra bilərlər., məs. filan yerdə 5 ildir developer kimi çalışıram. və s.

Lazım olan sənədləri verəcəksiz, nəsə çatışmasa Sizə elə ordaca məlumat veriləcək, gedib məs. saat 12ə qədər gətirə bilərsiz. Hətta elə olur ki həmin günü 2 saat sonra sizə zəng edirlər ki sabah filan saatdan filana qədər filan sənədi gətirin. PS. aşağıda kseroks + foto yeri var düşüb nəyinsə kopyasını orada dərhal çıxara bilərsiz.

Qeyd
2 nüsxə olmayan sənəd yoxdur.
Diplom tərcümə və təsdiq olmalıdır.
Birdə, 8ci bəndə qeydim var. İT sahəsində çalışanlar, iş axtarma saytlarında Almaniya ərazisində olan vakansiyalara baş vurun, böyük ehtimallar heç olmazsa ən azı bir dəvət / cavab alacaqsız. İntervieüdan kəsilsəz belə yazışmanı çap edib təqdim edin... qoy konsul bilsin ki, siz iş axtarna oxşayırsız, qaçqın kimi sığınacaq axtarana oxşamırsız.

Azərbaycandan bu viza ilə Almaniyaya gəlib iş tapıb qalan çoxdur, nəsə sualınız olsa onlara və ya mənə email yaza bilərsiz.

Comments

  1. Salam dost. Əvvəla əziyyət çəkib bizləri ətraflı məlumatlandırdıqınız üçün təşəkkür edirəm. Mən iş vizası haqda az çox məlumatım var, amma iş axtarma vizasını ilk dəfə sizdən oxuyuram. Mən B2 dən imtahan verəndən sonra Almaniyada iş axtarma vizası ilə gedə bilərəmmi? 37 yaşım var. Yəni ora gedib ausbildingsiz iş tapa bilırəmmi? Yəni diıloma uyğun və ya uzun illər işlədiyim peşəyə uyğun. Bura və ya mənim e mailimə yazsanız şad olardım. RamilRamil.habibov@gmai

    ReplyDelete
    Replies
    1. Salam Ramil,
      tesekkur edirem, gec cavablandirdigim ucun uzrlu sayin
      Beli gele bilersiz (belke de artiq burdasiz :) )
      Lakin ish tapmaq o sizin sahenize baglidir, meselen dushunmurem ki, siz gelib de burda incesenet sahesinde asanliqla ish tapasiz, amma burda 6 ay icinde shansiniz az deyil saheden asili olaraq.!

      Delete
  2. Replies
    1. Ramil, Çox sağolun, Sizin kommentinizə email ilə cavab yazdım

      Delete
  3. Salam qardaş, mənbilmək istəyirəm: işi yalnız öz səənətn üzrə tapmalısan yoxsa istənilən sahə üzrə birdə 4320 avrodan az pul qoymaq olar banka?

    ReplyDelete
    Replies
    1. Men bildiyim qeder öz sənətin sözü sənin sonuncu aldığın təhsil ilə eyni tutulur. Amma bu faktor burda oxuyanlara aiddir, Sizin kimi xaricdən gələnlərə cavab bilmirəm.
      Cavab: bilmirəm

      Delete
  4. Salam. zehmet olmasa mene emaile ish axtarma plani ucun maillerinizi atardiniz. onceden tesekkur. ve mumkunse hazirda ish axtarma vizasi verilir mi?

    ReplyDelete
    Replies
    1. Salam, is axtarma ucun muraciet dokumentlerim itirmisem (4 il kecib ustunden). Hal hazirda yani COVID problemlerine gore, MENCE sefirlik butun prosesleri dayandirib. Ozlerine zeng edib sorusha bilersiz

      Delete
  5. Salam hər vaxtınız xeyir Azərbaycanda elektronika üzrə peşəni biitmişəm hal hazırda telefon ustasıyam əlavə burda kursda keçəcəm bu sahə üzrə iş tapa bilərəm orda?

    ReplyDelete
    Replies
    1. İş tapa bilərsən lakin buranın sakini olsan

      Delete
  6. Bəs iş axtarma vizası ilə gəlmək mümkün deyil? Bir də bu iş axtarma vizasında yaş məhdudiyyəti var?

    ReplyDelete

Post a Comment